İtaliyada lombardların sayı kəskin artıb, əhali qızıl toplamağa başlayıb
30 avqust 2012 08:16 (UTC +04:00)
Bakı – APA-Economics. İqtisadi böhranın davam etdiyi son iki il ərzində İtaliyada lombardların sayı 4 dəfə artıb. İtalyanlar pul çatışmazlığına görə qiymətli zinət əşyalarını satır, bəziləri qızıl dişlərini də satmağa hazırdır.
«APA-Economics»in «The Telegraph»a istinadən məlumatına görə, İtaliyada iqtisadi çətinliklərə görə mağazaların bağlandığı şəhərlərdə «Compro Oro» («Qızıl alıram» - ital.) elanlı məntəqələrin sayı sürətlə artmaqdadır. «Eurispes» mərkəzinin məlumatlarına görə, son iki ildə ölkədə lombardların sayı 4 dəfə artıb. Mərkəzin rəhbəri Jian Mariya Fara bildirib ki, lombardların artımı ölkədəki iqtisadi məhrumiyyətlərin ən yaxşı göstəricisidir.
Böhran içində olan ölkədə qızıl alqı-satqısı azsaylı gəlirli məşğuliyyətlərdən birinə çevrilib. Son iki ildə İtaliyada 28 min qızıl alqı-satqı məntəqəsi fəaliyyətə başlayıb. Bəzi vətəndaşlar isə pul əldə etmək üçün digər zinət əşyaları ilə yanaşı, qızıl dişlərini də satmağa və ya girov qoymağa hazırdır.
Yaranmış vəziyyət hökuməti narahat etməyə başlayıb – çünki bu bazar «çirkli pulların» yuyulması üçün istifadə oluna bilər.

Maliyyə
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024
Kapital Bank-ın 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
15:27
17 may 2024
BMT: 2024-cü ilin əvvəlindən artan neft qiymətləri Azərbaycan və Qazaxıstanın gəlirlərini artıracaq
15:18
17 may 2024
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:25
17 may 2024