Nardaran sakininin həyətində xeyli sayda tapança gülləsi aşkarlanıb

Nardaran sakininin həyətində xeyli sayda tapança gülləsi aşkarlanıb
# 23 dekabr 2015 07:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Nardaran sakininin həyətindən xeyli sayda güllə tapılıb.

APA-nın məlumatına görə, polis əməkdaşlarının Nardaran qəsəbəsində həyata keçirdiyi tədbirlər çərçivəsində qəsəbə sakini, 1966-cı il təvəllüdlü Sərdar Bünyatovun həyətindən “Makarov” tipli tapançaya aid 36 ədəd güllə aşkar edilərək götürülüb.

Hazırda əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR