Azərbaycan səfiri etimadnaməsini San-Marinonun kapitan-regentlərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini San-Marinonun kapitan-regentlərinə təqdim edib
# 14 sentyabr 2016 15:35 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanın San-Marinoda akkreditə olunmuş səfiri Məmməd Əhmədzədə etimadnaməsini bu ölkənin kapitan- regentləri Can Nikola Berti və Massimo Andrea Uqoliniyə təqdim edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, təqdimetmə mərasimində çıxış edən San-Marinonun xarici işlər naziri Paskal Valentini iki ölkə arasındakı əlaqələrdə son dövrlərdə müşahidə olunan intensivliyi diqqətə çatdırıb, 2015-ci ildə San-Marino kapitan-regentlərinin Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycana səfərinin, eləcə də öz səfərinin bu münasibətlərin inkişafına təkan verdiyini bildirib.

Səfir M. Əhmədzadə çıxışında ölkələr arasında münasibətlərin bundan sonra inkişafı üçün çalışacağını söyləyib.

Kapitan regentlər də növbəti müddətdə ölkələr arasında münasibətlərin inkişaf edəcəyinə ümid etdiklərini söyləyiblər.

M. Əhmədzadə San-Marinoya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Paskal Valentini, sənaye və ticarət naziri Marko Arzilli, parlament üzvləri, Ticarət Palatasının nümayəndələri ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR