Avstraliyada aylardır, davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.
APA-nın xəbərinə görə, keçən ilin sentyabrında meşələrdə başlayan yanğın bəzən yaşayış yerlərinə də sıçrayır.
Ölkənin Baş naziri Skott Morrison yanğınların söndürülməsinə daha 3 min hərbçinin cəlb ediləcəyini açıqlayıb. Bu ay Hindistan və Yaponiyaya nəzərdə tutulmuş səfərlərini təxirə salan Morrison havaların isinməsi ilə yanğın miqyasının genişlənməsi və təhlükənin artması ehtimalının olduğunu vurğulayıb.
O bildirib ki, Yeni Cənubi Uels və Viktoriya ştatları, o cümlədən sahil zonalarında əhalinin evakuasiyası davam edir.
Qeyd edilib ki, indiyədək 5 milyon hektar meşə ərazisi və 500-dən çox ev yanıb.