Ötən il Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

Ötən il Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb
# 15 yanvar 2020 10:52 (UTC +04:00)

2019-cu il ərzində ölkəyə 3170321 əcnəbi gəlib. APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, bu, 2018-ci illə müqayisədə 11 faiz artım deməkdir: "Ötən il olduğu yer üzrə 680794 nəfər qeydiyyata düşüb. 2018-ci illə müqayisədə 8 faiz azalma qeydə alınıb".

V. Hüseynov qeyd edib ki, ötən il 45193 nəfər müvəqqəti yaşamaq üçün icazə alıb: "Bu, 2018-ci illə müqayisədə 10 faiz artım deməkdir. Müvəqqəti yaşamaq üçün icazə alanlardan 9978 nəfəri Türkiyə, 8023 Rusiya, 5758 nəfəri Gürcüstan, 3791 nəfəri İran, 2487 nəfəri Pakistan, 15156 nəfəri isə digər ölkələrin vətəndaşlarıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR