BMT Təhlükəsizlik Şurası Ukrayna üzrə qapalı məsləhətləşmələr keçirib

BMT Təhlükəsizlik Şurası Ukrayna üzrə qapalı məsləhətləşmələr keçirib
# 23 avqust 2014 02:13 (UTC +04:00)

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, iclasda BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Oskar Fernandes-Taranko çıxış edib.

BMT rəsmisi Rusiyanın humanitar yardım karvanının Ukrayna ərazisinə Kiyevin razılığı və Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı olmadan keçməsi ilə bağlı narahatlığını ifadə edib.

Fernandes-Taranko qeyd edib ki, ölkənin şərqində əhaliyə humanitar yardım göstərilməsi üçün BMT Ukrayna hökuməti ilə sıx təmasdadır. BMT həmçinin Minskdə planlaşdırılan danışıqların gərginliyin azaldılması və səmərəli diplomatik dialoqa gətirib çıxaracağına ümid bəsləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR