Kemeron: “İslam Dövləti” Avropa və ABŞ-da terror aktları törətməyi planlaşdırır

Kemeron: “İslam Dövləti” Avropa və ABŞ-da terror aktları törətməyi planlaşdırır
# 23 sentyabr 2014 19:48 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə NBC telekanalı məlumat yayıb.

“Bu insanlar bizi qətlə yetirmək istəyirlər. Bu qəddar təşkilatı məhv etməyə əmin olmaq üçün biz birləşməliyik”, deyə Kemeron vurğulayıb.

Baş nazir, həmçinin, qeyd edib ki, “İslam Dövləti” neft, pul, ərazi və silah-sursata malikdir və bu baxımdan terrorçuların Avropa şəhərlərinə hücum planlaşdırması istisna olunmur. O, ABŞ əhalisinin də təhlükə altında olduğunu əlavə edib.

Qeyd edək ki, ABŞ təyyarələrinin “İslam Dövləti”nin Suriyadakı mövqelərinə sonuncu dəfə endirdiyi zərbələr nəticəsində azı 120 terrorçu məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR