“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) həvalə edilib.
APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bundan əvvəl sözügedən səlahiyyət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus olub.