“Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib.
APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2001-ci il 8 noyabr tarixli “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokol Azərbaycan Respublikasının müvafiq qeyd-şərti və bəyanatları ilə təsdiq edilib.