“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalı olan dövlət orqanlarının sayı artırılıb

“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalı olan dövlət orqanlarının sayı artırılıb
# 30 aprel 2024 17:15 (UTC +04:00)

“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalı olan dövlət orqanlarının sayı artırılıb.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.

Bu siyahıya Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR