İrina Bokova BMT baş katibliyinə namizədlər siyahısına daxil edilib

İrina Bokova BMT baş katibliyinə namizədlər siyahısına daxil edilib
# 12 fevral 2016 01:34 (UTC +04:00)

Bakı-APA. UNESCO-nun baş direktoru İrina Bokova BMT baş katibliyinə namizədlər siyahısına rəsmi olaraq daxil edilib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq məktub Bolqarıstan hökumətindən daxil olub. Qeyd edək ki, BMT baş katibi postuna seçkilər bu il keçiriləcək.

“İrina Bokova geniş peşəkar təcrübəyə malikdir və çoxillik siyasətçi və diplomat karyerası sayəsində lider bacarıqlarına malikdir. İ.Bokova öz səlahiyyətliliyini beynəlxalq işlərdə təsdiqləyib, o BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə sadiqdir”, - deyə Baş Assambleya sədrinin rəsmi saytında dərc edilmiş məktubda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR