Bank Of Baku

Azərbaycanlı ekspert ABŞ-da yeyinti məhsullarının təhlükəsizliyinə dair keçirilən təlimlərdə iştirak edəcək

Azərbaycanlı ekspert ABŞ-da yeyinti məhsullarının təhlükəsizliyinə dair keçirilən təlimlərdə iştirak edəcək
# 09 fevral 2009 15:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) nümayəndəsi ABŞ-da yeyinti məhsullarının təhlükəsizliyinə dair keçirilən təlimlərdə iştirak edəcək. Bu barədə «APA-Economics»ə SMPDK-in mətbuat xidmətindən məlumat verilib.
Fevralın 21-dən martın 7-dək keçiriləcək təlimlərdə Komitənin beynəlxalq əlaqələr sektorunun müdiri Sabiq Abdullayev iştirak edəcək. Təlimlərin keçirilməsində əsas məqsəd ABŞ-da daxili bazarın keyfiyyətsiz yeyinti məhsullarından qorunması işinin təşkili, bu sahədə hüquqi sənədləri və dövlət nəzarət orqanlarının fəaliyyət təcrübəsini öyrənməkdir. Təlimlər ABŞ-ın «Cohran» Proqramı çərçivəsində təşkil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR