Azərbaycanın Koreya Respublikası ilə ticarət dövriyyəsi 17 faizdən çox artıb

Azərbaycanın Koreya Respublikası ilə ticarət dövriyyəsi 17 faizdən çox artıb
# 09 may 2024 15:00 (UTC +04:00)

Bu ilin birinci rübündə Azərbaycanın Koreya Respublikası ilə ticarət dövriyyəsi 89 milyon 252 min ABŞ dolları təşkil edib.

Bu barədə "APA-Economics"ə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 % çoxdur.

Hesabat dövründə Azərbaycandan Koreya Respublikasına 104 min ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da illik müqayisədə 43,8 % çoxdur.

İlin üç ayında Azərbaycan Koreya Respublikasından əvvəlki ilin eyni dövrün ilə müqayisədə 17,4 % olmaqla 89 milyon 147 min ABŞ dolları dəyərində məhsul idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR