Bank Of Baku

Moldovanın Curculeşti neft terminalı Xəzər neftinin Avropaya nəqli sisteminə daxil edilə bilər

Moldovanın Curculeşti neft terminalı Xəzər neftinin Avropaya nəqli sisteminə daxil edilə bilər
# 26 sentyabr 2008 10:38 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. Moldova və Azərbaycan Curculeşti neft terminalını Xəzər neftinin Avropaya nəqli sisteminə daxil etməyi planlaşdırırlar. APA-nın “Komsomolskaya pravda”ya istinadən verdiyi məlumata görə, Xəzərin enerji ehtiyatlarının Avropaya yeni nəql yollarının yaradılmasında Moldovanın iştirakı məsələsi hazırda həm ikitərəfli, həm də regional səviyyədə müzakirə olunur. Hər iki ölkənin diplomatik missiyaları bu sahədə əməkdaşlıqla bağlı konkret layihələr hazırlayırlar. İlin sonunda layihələr hökumətlərarası komissiya tərəfindən öyrəniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR