Bank Of Baku

Avqustda Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi 82% həddini ötüb

Avqustda Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi 82% həddini ötüb
# 26 sentyabr 2008 11:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin avqust ayında elektrik enerjisi haqqının ödənişində «Azərenerji» ASC-nin dörd paylayıcı elektrik şəbəkəsində (PEŞ) əvvəlki ayların debitor borcları da nəzərə alınmaqla 100%-dən yuxarı, 5 PEŞ-də 100%-ə yaxın, 3 PEŞ-də isə 90%-dən yuxarı nəticə əldə edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən qurumun Enerji Təchizatı İdarəsinin rəisi Hikmət Həsənova istinadən məlumat verilib.
H.Həsənovun sözlərinə görə, müəssisələr üzrə avqust ayında 406 mln. kVt/saatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1% çoxdur. Ümumi ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz bəndi artaraq 82%-dən artıq olub. O cümlədən, əhali istehlakçı qrupu üzrə istehlak 122 mln. kVt/saat, ödəniş isə 75%-ə yaxın olub ki, bu da ötən ilin müvafiq dövründən 10% çoxdur.
Ümumi ödənişdə (ötən ayların debitor borcları da nəzərə alınmaqla) Şəmkir, Tovuz, Zərdab və Tərtər PEŞ-ləri 100%-dən yuxarı göstərici əldə edib. Ən yüksək göstərici Şəmkir PEŞ-də (110,6%), ən aşağı isə Masallı PEŞ-də (58,6%) qeydə alınıb.
Qeyd edək ki, cari ilin 8 ayı ərzində 3,5 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehlak edilib, ümumi ödəniş isə 70% olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR