Bank Of Baku

Azərbaycan Gürcüstanla paralel enerji ötürmələrinin dayandırılması barədə məlumatları təkzib edir

Azərbaycan Gürcüstanla paralel enerji ötürmələrinin dayandırılması barədə məlumatları təkzib edir
# 26 sentyabr 2008 11:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan və Gürcüstanın elektrik şəbəkələrinin paralel iş rejimi dayandırılmayıb. Bunu «APA-Economics»ə açıqlamasında «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib.
«Bizim şəbəkələr paralel rejimdə işləyir. Ölkələr arasında elektrik enerjisinin idxal-ixracı aparılmır», - deyən M.Əsgərov Gürcüstanın Azərbaycanla paralel rejimdə qarşılıqlı enerji ötürmələrinin dayandırılması barədə məlumatların doğru olmadığını bildirib.
Qeyd edək ki, Gürcüstanın ESCO şirkətinin ictimaiyyətlə əlaqələr departamentinin mətbuat xidmətinin rəhbəri Ani Breqvadze Rusiya və Azərbaycanla paralel rejimdə qarşılıqlı enerji ötürmələrinin dayandırıldığını bəyan edib. Hələlik rəsmi Tiflisin bu addımının səbəbi açıqlanmır. A.Breqvadze bunun müqabilində ölkəsinin Türkiyədən elektrik enerjisi idxalını bərpa etdiyini bildirib.
Xatırladaq ki, Azərbaycanla Gürcüstan arasında enerji mübadiləsi cari tələbat əsasında aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR