Bank Of Baku

Sumqayıtda Ümumi Məhsul Buraxılışının tərkibində qeyri-dövlət sektorunun payı 77%-ə çatıb

Sumqayıtda Ümumi Məhsul Buraxılışının tərkibində qeyri-dövlət sektorunun payı 77%-ə çatıb
# 05 fevral 2010 14:13 (UTC +04:00)
Sumqayıt – APA-Economics. 2009-cu il ərzində Sumqayıt şəhəri üzrə Ümumi Məhsul Buraxılışının (ÜMB) həcmi 392 mln. manat təşkil edib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən “APA-Economics”ə verilən məlumata görə, ÜMB-nin tərkibində qeyri-dövlət sektorunun payı 77%-ə çatıb.

Qeyd edək ki, son 6 il ərzində ümumilikdə şəhər üzrə məhsul buraxılışı və sənaye xarakterli xidmətlərin həcmi 2 mlrd. 440 mln. manat olub.

Bundan əlavə, ötən il ərzində şəhərin sənaye müəssisələrində məhsul buraxılışının həcmi isə 155 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR