Bank Of Baku

ARDNŞ cari ilin yanvar ayında büdcəyə 89,798 mln. manat həcmində vəsait ödəyib

ARDNŞ cari ilin yanvar ayında büdcəyə 89,798 mln. manat həcmində vəsait ödəyib
# 06 fevral 2010 07:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2010-cu ilin yanvar ayında dövlət büdcəsinə ödədiyi vəsaitin həcmi 89,798 mln. manat təşkil edib ki, bu 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 71,869 mln. manat və ya 5 dəfə çoxdur.

Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Məlumata görə, 2010-cu ilin yanvar ayında ARDNŞ tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 8,713 mln. manat vəsait köçürülüb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 963 min manat (112,4%) çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR