Bank Of Baku

Kulevi Qara dəniz Neft Terminalı AFRAMAX sinfinə aid tankerlərin qəbulu üçün rəsmi icazə alıb

Kulevi Qara dəniz Neft Terminalı AFRAMAX sinfinə aid tankerlərin qəbulu üçün rəsmi icazə alıb
# 06 fevral 2010 07:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu günlərdə Kulevi Qara dəniz Neft Terminalı AFRAMAX sinfinə aid tankerlərin qəbulu üçün Gürcüstanın İnkişaf və İnfrastruktur Nazirliyinin Dəniz nəqliyyatı departamentindən rəsmi icazə alıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda terminal iki ədəd RDCP tipli ölçmə cihazı alıb. Bu qurğu gəmilərin hərəkətinin idarə edilməsi üçün vacib olan məlumatların toplanması və işlənməsində mühüm rol oynayacaq. Belə ki, müxtəlif dərinliklərdə axının sürəti, dalğanın hündürlüyü, suyun dərinliyi və temperaturu bu qurğu vasitəsilə müəyyənləşdirilir. Yeni qurğulardan biri yanalma körpüsünün 130 metrliyində quraşdırılıb ki, burada AFRAMAX tipli tankerlərin dayanması üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, cihazın quraşdırılması bu tipli tankerlərin qəbulu üçün nəzərdə tutulmuş əsas şərtlərdəndir.

Xatırladaq ki, ARDNŞ-nin Gürcüstandakı Kulevi Qara dəniz Neft Terminalı neft və neft məhsullarının dünya bazarına çıxarıldığı vacib müəssisələrdəndir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR