Bank Of Baku

ARDNŞ «Darvin bankası» yatağında yeni quyuların qazılmasına başlayıb

ARDNŞ «Darvin bankası» yatağında yeni quyuların qazılmasına başlayıb
# 06 fevral 2010 08:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri Tresti «Darvin bankası» yatağında bir neçə quyuda qazma işlərinə başlayıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, işlər Trestin «Neft Daşları» Dəniz Qazma İşləri İdarəsi tərəfindən aparılır.

Yataqdakı 660 nömrəli meydançadan Qirməki Alıtı Lay Dəstəsinə qazılan 655 nömrəli quyunun layihə dərinliyi 1 510 metr təşkil edir ki, quyudan sutkada 7-8 ton neft hasil ediləcəyi gözlənilir. Bununla yanaşı, 340 nömrəli meydançadakı 723 nömrəli quyunun layihə dərinliyi isə 1 490 metrdir və Qirməki Alıtı Lay Dəstəsindən qazılan bu quyudan da sutkada 7-8 ton neft hasil ediləcəyi ehtimal olunur.

Bundan başqa, «Neft Daşları» Dəniz Qazma İşləri İdarəsi «Darvin bankası» yatağında 190 nömrəli meydançadan 712 nömrəli quyuda qazma işlərini də başa çatdırıb. Geoloqların hesablamalarına görə, layihə dərinliyi 900 metr olan quyu istismara veriləndən sonra onun gündəlik hasilatı 6 ton olacaq.

Qeyd edək ki, quyular «Azneft» İstehsalat Birliyinin «Abşeronneft» NQÇİ-nin sifarişi ilə qazılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR