Bank Of Baku

Gələn ay Moskvada III Xəzər Enerji Forumu keçiriləcək

Gələn ay Moskvada III Xəzər Enerji Forumu keçiriləcək
# 08 fevral 2010 10:04 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Martın 23-də Moskvada Beynəlxalq Ticarət Mərkəzində III Xəzər Enerji Forumu keçiriləcək. APA-nın MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, forum Rusiya Xarici İşlər Nazirliyinin, Rusiya Təbii Resurslar və Ekologiya Nazirliyinin, Sənaye-Ticarət Palatasının və Rusiya Elmlər Akademiyasının dəstəyi ilə baş tutacaq. Forumun əsas məqsədlərindən biri Xəzər dənizinin enerji sferasında birləşdirici faktor rolunun praktikada reallaşdırılmasıdır. Bu səbəbdən forumda əsasən enerji dialoqu, birgə elmi-tədqiqat layihələrinin reallaşdırılması, enerji resurslarının mənimsənilməsində əməkdaşlıq və tərəfdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR