Bank Of Baku

Azərbaycanda elektrik enerjisinin istehsalı 26% artıb

Azərbaycanda elektrik enerjisinin istehsalı 26% artıb
# 08 fevral 2010 13:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin yanvar ayında Azərbaycanın enerji sistemində 1,9 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.

Bu barədə “APA-Economics”ə “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,6 mlrd. kVt/saatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,3 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsalı düşüb.

Bununla yanaşı, ay ərzində Rusiya, Türkiyə, İran və Gürcüstan qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisinin istehsalı 2009-cu ilin dekabr ayı ilə müqayisədə 26,6% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR