Bank Of Baku

Cəlilabadda smart-kartla işləyən elektrik sayğaclarının quraşdırılmasına başlanıb

Cəlilabadda smart-kartla işləyən elektrik sayğaclarının quraşdırılmasına başlanıb
# 08 fevral 2010 14:11 (UTC +04:00)
Cəlilabad. Əlibəy Zeynalov - APA. Cəlilabadda 0,4 kilovoltluq şəbəkələrin SİP kabellə əvəzlənməsi, şəhər tipli transformatorların və smart-kartla işləyən sayğacların quraşdırılmasına başlanılıb.

Bu barədə APA-nın Mil-Muğan bürosuna “Şirvan Regional Elektrik Təchizat” MMC-nin mətbuat xidmətinin rəhbəri Fikrət Şirəliyev məlumat verib.

Onun sözlərinə görə, hələlik rayon mərkəzinə Çin Xalq Respublikasının “STAR Instrumation” şirkətinin istehsalı olan smart-kartla işləyən elektrik sayğacları quraşdırılmasına start verilib.

Qeyd edək ki, istehlakçılara verilən elektrik enerjisinin öncədən ödənişli kartla işləyən sayğaclarla həyata keçirilməsinin bir çox üstünlükləri var. Belə ki, müdaxilə halları olarsa, bu, sayğacın yaddaşında qeydə alınır, smart-kart bağlanır və enerji təchizatı dayandırılır. Pozuntu aradan qaldırılmayanadək kartın aktivləşməsi və enerji təchizatının bərpası mümkün olmur ki, bu da enerji itkisinin qarşısını vaxtında almağa imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR