Bank Of Baku

Azərbaycanın Şirvan şəhərində korroziyaya uğramış qaz xətlərini dəyişdirilir

Azərbaycanın Şirvan şəhərində korroziyaya uğramış qaz xətlərini dəyişdirilir
# 09 fevral 2010 06:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi (İB) Şirvan şəhərində qaz itkisinin minimuma endirilməsi üçün korroziyaya uğramış mövcud qaz xətlərini yenisi ilə əvəz edir. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Ötən il ərzində Şirvan şəhərində 1 920 metr uzunluğunda müxtəlif ölçülü yeni qaz xətləri çəkilib, qaz kəmərlərinin üzərinə 2 yeni qaztənzimləyici şkaf və 3 siyirtmə quraşdırılıb. Qaz itkisinin aradan qaldırılması və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədi ilə 13 957 (98,2%) əhali abonenti sayğacla təchiz olunub. Hazırda şəhərin Hacıqəhrəmanlı qəsəbəsinin qaz xətlərinin yenidən qurulması işləri aparılır. İri sərmayə tutumlu bu layihə çərçivəsində 27 km uzunluğunda müxtəlif diametrli qaz xətlərinin yenisi ilə əvəz olunması nəzərdə tutulub.

Bundan əlavə, təbii qazdan qeyri-qanuni istifadə edən abonentlər tərəfindən Şirvan Qaz İstismar Sahəsinə dəymiş ziyan hesablanaraq əksər hissəninin ödənilməsi təmin olunub. Cari ilin yanvar ayı ərzində texniki səbəbdən istismara yararsız olan 43 qaz sayğacı dəyişdirilib. Abonentlər tərəfindən müdaxilə olunmuş 7 qaz sayğacı abonentlərin şəxsi vəsaitləri hesabına yenisi ilə əvəz olunub.

Bütövlükdə, 2009-cu il ərzində əhali abonentləri tərəfindən qaz sayğacına 30 müdaxilə faktı aşkar olunub. Sayğaca müdaxilə etmiş abonentlərin hesabına yeni sayğac quraşdırılıb və dəymiş ziyan ödənilib. Ötən il şəhərdə istehlakçılara satılmış təbii qazın dəyəri 80,2% ödənilib, o cümlədən, güzəştsiz abonentlər tərəfindən ödəniş 74,3% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR