Bank Of Baku

Azərbaycan yanvarda benzin istehsalını azaldıb

Azərbaycan yanvarda benzin istehsalını azaldıb
# 09 fevral 2010 07:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar ayında Azərbaycanın neft emalı müəssisələrində 127,08 min ton benzin istehsal edilib ki, bu da 2009-cu ilin dekabr ayı ilə müqayisədə 0,8% azdır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

İstehsal edilmiş benzinin 104,22 min tonunu avtomobil benzini, 22,86 min tonunu isə kimya üçün ilkin benzin fraksiası təşkil edib. Avtomobil benzinin istehsalı 2009-cu ilin dekabr ayı ilə müqayisədə 1,4% azalıb, kimya üçün ilkin benzimn fraksiyasının istehsalı isə 1,4% artıb.

Qeyd edək ki, 2009-cu ildə Azərbaycanda ümumilikdə 1 467,60 min ton benzin istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR