Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti yanvarda neft emalını 7% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti yanvarda neft emalını 7% artırıb
# 09 fevral 2010 08:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 563,25 min ton neft emal olunub ki, bu da 2009-cu ilin dekabr ayı ilə müqayisədə 6,5% çoxdur. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Hesabat dövründə ARDNŞ-in müəssisələrində 217,44 min ton dizel yanacağı, 11,60 min tonu soba mazutu, 9,41 min ton neft bitumu, 11,74 min ton neft koksu, 2,08 min ton sürtgü yağı, 17,69 min ton maye qaz, 4,44 min ton DT mühərrik yanacağı istehsal edilib.

Yanvar ayında dizel yanacağının istehsalı 2,3%, maye qaz istehsalı 4,9% artıb, soba mazutunun istehsalı 6,8%, neft bitumu 26%, neft koksu 2,4 dəfə, sürtgü yağı 2 dəfə, DT mühərrik yanacağı isə 3,2 dəfə azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR