Bank Of Baku

Azərbaycanın enerji sistemində yaranmış problemlə bağlı iclas keçirilir

Azərbaycanın enerji sistemində yaranmış problemlə bağlı iclas keçirilir
# 09 fevral 2010 11:07 (UTC +04:00)
«APA-Economics»in səhmdar cəmiyyətindən əldə etdiyi məlumata görə, «Azərenerji» və müvafiq strukturların rəhbərlərinin qatıldığı fövqəladə iclasda bu gün ölkənin enerji sistemində yaranmış açılmalar, problemin yaranma səbəbləri və nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunur. Artıq bir saatdan çox davam edən iclasın ardınca, yaxın saatlarda «Azərenerji» tərəfindən hadisə ilə bağlı ictimaiyyətə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Paytaxtın enerji təchizatında baş verən problemlə əlaqədar olaraq hazırda «Bakıelektrikşəbəkə» ASC-də də rəhbər heyətin iştirakı ilə müşavirə keçirilir.

Qeyd edək ki, hadisə nəticəsində Bakının əksər ərazisi işıqsız qalıb və Bakı Metropolitenin fəaliyyəti hələ də tam bərpa olunmayıb.

Xatırladaq Ki, analoji hadisə fevralın 5-də də baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR