Bank Of Baku

İşığın kəsilməsi nəticəsində Bakı Metropolitenində qalan bütün sərnişinlər evakuasiya olunub

İşığın kəsilməsi nəticəsində Bakı Metropolitenində qalan bütün sərnişinlər evakuasiya olunub
# 09 fevral 2010 11:14 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı Metropolitenində elektrik enerjisinin kəsilməsi nəticəsində tunel və stansiyalarda qalan bütün sərnişinlər artıq evakuasiya olunub. Bu barədə APA-ya açıqlamasında Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov məlumat verib: «Qatarlarda qalan sərnişinlərin hamısı artıq çıxarılıb».

E.Muradovun sözlərinə görə, hazırda Metropolitenə elektrik enerjisinin verilişinin bərpası və qatarların hərəkətinin təmin edilməsi istiqamətində iş aparılır: «Yaxın saatlarda Metropolitendə qatarların hərəkəti bərpa ediləcək».

Qeyd edək ki, bu gün saat 12:00 radələrində Bakı şəhərinə verilən elektrik enerjisinin kəsilməsi nəticəsində Bakı Metropolitenində qatarların hərəkəti dayanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR