Bank Of Baku

Azərbaycanın rayonlarına elektrik verilişi bərpa olunub

Azərbaycanın rayonlarına elektrik verilişi bərpa olunub
# 09 fevral 2010 15:51 (UTC +04:00)
Ağsu-Zaqatala. Şahnəzər Bəşirov, Vüqar Heydərov - APA. Azərbaycanın Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarına elektrik enerjisinin verilişi 4 saatdan sonra bərpa olunub.

Mingəçevir Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin Ağsu şəbəkə rayonunun rəisi Vahid Həsənov APA-nın Şirvan bürosuna bildirib ki, fevralın 9-da Mingəçevir-Bakı yüksək gərginlikli elektrik xətlərindən birində qəza baş verdiyi üçün saat 11:45-də 220/110/10 kilovoltluq Ağsu yarımstansiyasının fəaliyyəti dayandığından, xidməti ərazisinə daxil olan Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarına elektrik verilişində fasilə meydana gəlib.

Qəza briqadaları tərəfindən Mingəçevir-Bakı yüksək gərginlikli elektrik xətlərinin Göyçaydan Qobustanadək olan hissəsinə baxış keçirilib və heç bir nasazlıq aşkar edilməyib. Həmin rayonlara elektrik enerjisinin verilişi saat 15:45-də bərpa olunub.

Azərbaycanın şimal-qərb bölgəsinə də elektrik enerjisinin verilməsi bərpa edilib. APA-nın yerli bürosunun məlumatına görə, bu gün saat 12:10 radələrində respublikanın şimal-qərb bölgəsinə (Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonları) elektrik enerjisinin fasilə yaranıb.

Regional Şəki Yüksəkgərginlikli Elektrik Şəbəkəsi MMC-nin rəhbərliyindən APA-nın yerli bürosuna verilən məlumatda bildirilib ki, buna səbəb Mingəçevir SES-dən Bakı şəhəri istiqamətində gedən yüksək gərginlikli xətdə aparılan təmir və bərpa işləri olub. Təmir işləri ilə əlaqədar ölkənin şimal-qərb bölgəsinə elektrik enerjisinin verilməsində müvəqqəti fasilə yaranıb. Saat 17:20 radələrində ölkənin şimal-qərb bölgəsinə elektrik enerjisinin verilməsi tamamilə bərpa edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR