Bank Of Baku

“Cənub” ES-in tikintisində konstruksiya və avadanlıq quraşdırlmalarına başlanılıb

“Cənub” ES-in tikintisində konstruksiya və avadanlıq quraşdırlmalarına başlanılıb
# 09 fevral 2010 23:07 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı-APA. “Cənub” ES-in tikintisində konstruksiya və avadanlıq quraşdırılmasına başlanılıb.

Bu barədə APA-nın Mil-Muğan bürosuna «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib. Mətbuat sözçüsünün sözlərinə görə ölkənin enerji təhlükəsizliyinin təmin olunması məqsədilə Şirvan şəhərində gücü 780 MVt olan “Cənub” Elektrik Stansiyasının tikintisi davam etdirilir və tikintinin bir hissəsində konstruksiya və avadanlıq quraşdırılması aparılır. Tikinti qrafikə uyğun davam etdirilir. Stansiyada həm qaz, həm də mazut yanacağından istifadə edilməsinə imkan verən avadanlıqlar tətbiq ediləcək.

Xatırladaq ki, 1962-ci ildən normativ göstəricilərdən 1,8 dəfə çox müddət ərzində istismarda olan Şirvan İES-in avadanlığı mənəvi və fiziki cəhətdən köhnəldiyi üçün “Cənub” ES-in tikintisinə zərurət yaranmışdı. Hal-hazırda hər biri 150 MVt gücündə olan 7 blokdan ibarət “Şirvan İES” Avropada açıq tipli ilk stansiyadır. Azərbaycanda istehsal olunan elektrik enerjisinin 20 faizə qədəri onun payına düşür. Stansiyanın hazırda yalnız 3 bloku işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR