Bank Of Baku

Azərbaycanın «DHT Metal» şirkəti polad istehsalını artırır

Azərbaycanın «DHT Metal» şirkəti polad istehsalını artırır
# 10 fevral 2010 08:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «DHT Metal JV» polad istehsalı şirkəti fevralın 19-da yeni poladəritmə zavodunu istifadəyə verməyi planlaşdırır. «APA-Economics»in bildirdiyinə görə, bu barədə «SteelOrbis» portalı şirkətə istinadən məlumat yayıb.
«DHT Metal JV» mart ayında istifadəyə verməyi planlaşdırdığı başqa bir istehsal sexində isə diametri 8 mm və 40 mm arasında dəyişən armaturlar və digər inşaat məhsulları istehsal edəcək. Şirkət məhsullarını həm daxili bazara, həm də İran, Gürcüstan, İraq və Türkiyə daxil olmaqla xarici bazara tədarük etməyi planlaşdırır.
Azərbaycanda 1995-ci ildən fəaliyyət göstərən şirkətin Bakıda fabriki var və TSE ISO 9001-2008 standartını tətbiq edən ilk dəmir-polad istehsalçısıdır. Zavodun illik istehsal gücü 150 min tondur. Yeni zavodla birlikdə zavodun illik polad istehsalı 300 min tona çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR