Bank Of Baku

Polşa Rusiyanın "Qazprom" şirkəti ilə müqaviləni təsdiqləyib

Polşa Rusiyanın "Qazprom" şirkəti ilə müqaviləni təsdiqləyib
# 11 fevral 2010 03:48 (UTC +04:00)
Bakı-APA. Polşa hökuməti Rusiyadan təbii qazın nəqlinin artırılması ilə bağlı müqaviləni təsdiq edib.

APA-nın İNTERFAKS-a istinadən verdiyi xəbərə görə, sözügedən müqavilə cari ilin yanvar ayında Rusiyanın "Qazprom Eksport" və Polşanın PGNiG Dövlət Neft-Qaz Şirkəti arasında imzalanıb.

Qeyd edək ki, müqavilə Rusiyadan Polşaya təbii qazın nəqlinin müddətinin 2037-ci ilə qədər uzadılmasını nəzərdə tutur.

Bundan əlavə, müqaviləyə əsasən, iki ölkə arasında hələ qüvvədə olan müqaviləyə əsasən, cari ildən başlayaraq Rusiyadan Polşaya təbii qazın tədarükü ildə 11 mlrd. kub/metr artırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR