Bank Of Baku

Azərbaycanın «Azenco» ASC-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi müəyyənləşib

Azərbaycanın «Azenco» ASC-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi müəyyənləşib
# 11 fevral 2010 08:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi «Azenco» ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibini elan edib. Bu barədə «APA-Economics»ə Komitənin mətbuat xidmətindən məlumat verilib.

Müsabiqə Komissiyasının açıq səsvermə ilə qəbul etdiyi qərara uyğun olaraq, «İnter Enerji» MMC «Azenco» ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.

«İnter Enerji» MMC təqdim etdiyi investisiya proqramına əsasən səhmdar cəmiyyətinin inkişafına yönəlmiş işlərin həyata keçirilməsinə 50 mln. manat məbləğində investisiya qoyuluşunu öhdəsinə götürüb. Bu vəsaitin 4 il ərzində yatırılması nəzərdə tutulur. Qoyulacaq investisiyalar əsasən müəssisənin Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Azərbaycanın digər ərazilərində yerləşən istehsalat və xidmət sahələrinin inkişafına və müasir tələblər səviyəssində yenidən qurulmasına yönəldiləcək. Həmçinin, bu investisiyalar nəticəsində gələcəkdə Sumqayıt Texnologiyaları Parkına daxil olan müxtəlif sahələrin (polikarbonat şüşələrin istehsalı, paylayıcı transformatorlar, sinkləmə, hidrogenerator, texniki qazların, sayğacların, yüksək gərginlikli avadanlıqların, 110-55 kV-luq kabellərin istehsalı sahələri, habelə dəmir məhsulları, hidroturbinlər və misəritmə istehsalat sahələri) yaradılması və inkişafının təmin edilməsi nəzərdə tutulur. Eyni zamanda, Mingəçevirdə mərmər və qranit daşların istehsalının genişləndirilməsi, Sumqayıtda yük maşınları istehsalının təşkili məqsədi ilə tədbirlər görüləcək.

Bunula yanaşı, müsabiqənin digər şərtlərinə müvafiq olaraq, müsabiqə qalibi 6,4 mln. manat məbləğində vəsaiti dövlət büdcəsinə köçürəcək. İnvestor silinmək üçün 100 min dövlət özəlləşdirmə çekinin təqdim edilməsini öhdəsinə götürüb. Təqdim edilmiş investisiya proqramında ekoloji məsələlərin həlli və investisiya qoyuluşu nəticəsində müəssisədə 1000-1500 yeni iş yerinin açılması nəzərdə tutulur.

Qeyd edək ki, «Azenco» ASC-nin əsas fəaliyyət növü enerji obyektləri, bina və qurğularının tikintisi, quraşdırılması, sazlanması, əsaslı və cari təmirinin təşkili və s. ibarətdir. Müəssisə hazırda «açar təhvili» prinsipi üzrə Şirvan şəhərində 800 MVt gücündə «Cənub» elektrik stansiyası, Füzuli rayonunda «Füzuli» SES-in, İmişli-Parsabad yüksək gərginlikli elektrik verilişi xəttinin və s. tikintisini həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR