Bank Of Baku

Azərbaycanda İqlim dəyişmələri sahəsində Strategiya hazırlanır

Azərbaycanda İqlim dəyişmələri sahəsində Strategiya hazırlanır
# 11 fevral 2010 08:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «İqlim dəyişmələri sahəsində Strategiyası» sənədi hazırlanır. Bu barədə «APA-Economics»ə ARDNŞ-in Ekologiya İdarəsindən məlumat verilib.

Sənədi ARDNŞ-in Ekologiya İdarəsi və Almaniya İqtisadi Təhlil İnstitutu («DIW Econ GmbH.») hazırlayır. Tərəflər hazırda İnstitut tərəfindən irəli sürülən təkliflər, mövcud olan ekoloji problemlərin həlli yolları və ARDNŞ üçün prioritet sahələrdən biri olan səmt qazlarının utilizə edilməsi məsələlərini müzakirə edir. Strategiya sənədi çərçivəsində ARDNŞ-də iqlim dəyişmələrinə səbəb olan mənbələrin daha dərindən araşdırılması, onların inventarlaşdırılması, enerji tutumlu mənbələrin təhlili və istilik effekti yaradan qazların azaldılması üzrə tədbirlərin görülməsi üçün təkliflərin hazırlanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR