Bank Of Baku

İran prezidenti Rusiyaya neftin vahid qiymətinin müəyyənləşdirilməsini təklif edib

İran prezidenti Rusiyaya neftin vahid qiymətinin müəyyənləşdirilməsini təklif edib
# 11 fevral 2010 09:50 (UTC +04:00)
Bakı – APA-Economics. İran prezidenti Mahmud Əhmədinejad Rusiyaya İran, Venesuela, Əlcəzair və Ekvadorla razılaşdırmaqla neftin vahid qiymətinin müəyyənləşdirilməsini təklif edib.

APA-Economics”in məlumatına görə, bu barədə Əhmədinejad Rusiyanın “VİP-Premier” jurnalına müsahibəsində bildirib.

İran prezidenti bəyan edib ki, səkkiz ay əvvəl neftin qiyməti minimuma enərkən Rusiya tərəfinə neftin vahid qiymətini müəyyənləşdirməyi və 80 dollardan ucuz neft satmamağı təklif edib: “Qərb ölkələri bu şərtlərlə razılaşmalı olacaq və enerjiyə qənaət məqsədilə yeni texnologiyalar tətbiq etməli olacaqlar”.

Əhmədinejadın fikrincə, dünyada karbohidrogen ehtiyatları tükənməyə başlasa, bundan Yaxın Şərq ölkələri, İran və Rusiya zərər görəcək, Qərb ölkələri isə qalib olacaq: “Biz bir-birimizin köməyi ilə enerji ehtiyatlarını nəzarətdə saxlaya bilərik”.

Qeyd edək ki, İran neft ehtiyatlarına görə dünyanın ikinci, neft hasilatına görə isə beşinci ölkəsidir. 2009-cu ildə İranın neft ehtiyatları 138 mlrd. barel həcmində qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR