Bank Of Baku

«Azərenerji»: Bu gecə «Xırdalan» yarımstansiyasında baş vermiş yanğın enerji sisteminin normal fəaliyyətinə təsir göstərməyib

«Azərenerji»: Bu gecə «Xırdalan» yarımstansiyasında baş vermiş yanğın enerji sisteminin normal fəaliyyətinə təsir göstərməyib
# 11 fevral 2010 10:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərenerji» ASC 220 KV-luq «Xırdalan» yarımstansiyasında baş vermiş yanğınla əlaqədar rəsmi məlumat yayıb. Səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəis müavini Yəhya Babanlının «APA-Economics»ə verdiyi məlumata görə, yanğın bu gün saat 04:20-də yarımstansiyada işdə olan transformatorlardan birinin yağ çənində baş vermiş qısaqapanma nəticəsində yaranıb. Bu hadisənin enerji sisteminin normal fəaliyyətinə heç bir təsiri olmayıb.

Y.Babanlı bildirib ki, yarımstansiyada 3 transformator quraşdırılıb. Onlardan ikisi daim işlək vəziyyətdə, biri isə ehtiyatda olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR