Bank Of Baku

«Azərenerji» Abşerondakı yarımstansiyalarda yenidənqurma işləri aparır

«Azərenerji» Abşerondakı yarımstansiyalarda yenidənqurma işləri aparır
# 11 fevral 2010 12:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərenerji» ASC Abşeron Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin (YGEŞ) balans mənsubiyyətinə aid olan yarımstansiyalarda yenidənqurma işləri aparır. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Tədbirlər planı çərçivəsində 110 KV-luq «Ramana» yarımstansiyasında 30 MVA-lıq transformator 63 MVA gücündə yeni avtotransformatorla əvəz olunub. Yaxın günlərdə həmin transformatorun istismara verilməsi ilə yarımstansiyasının gücü daha da artırılacaq. Bununla yanaşı, 220 KV-luq «Xırdalan» yarımstansiyasında da keçən ildən başlayan yenidənqurma işlərinin davam etdirilməsi nəzərdə tutulur. Artıq yarımstansiyadakı 2 və 3 nömrəli avtotransformatorlar 250 MVA-lıqla əvəzlənməklə yeniləşdirilib. Analoji tədbir 1 saylı avtotransformatorda da icra olunacaq. Bununla da Bakı şəhərinin, ümumilikdə isə Abşeron yarımadasının elektrik enerjisi təchizatında əhəmiyyətli rolu olan «Xırdalan» yarımstansiyasının imkanları genişlənəcək.

Şəbəkə üzrə avadanlıqların – yağ açarlarının, ayırıcıların, transformatorların, paralel olaraq bir sıra xətlərin əsaslı təmirinin həyata keçirilməsi də nəzərdə tutulur. Artıq YGEŞ-in balansındakı 220 KV-luq 4-cü «Şirvan» hava xəttində də istismar müddətini başa vurmuş trosların yeniləri ilə dəyişdirilməsinə başlanılıb. Paralel olaraq «Nizami» yarımstansiyasında da 110 KV-luq kabel xətti çəkilir.

Səhmdar cəmiyyətindən verilən məlumata görə, enerji sisteminin ən güclü yarımstansiyalarından olan 500 KV-luq «Abşeron» yarımstansiyasında 330 KV-luq açıq paylayıcı quruluşun tikintisi başa çatdırılıb. Hazırda 4-cü «Şirvan» hava xəttinin giriş-çıxışının təmin edilməsi ilə bağlı başlanan işlər yekunlaşmaq üzrədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR