Bank Of Baku

Bakının Xətai rayonu sakinlərinin təbii qaza olan tələbatını yaxşılaşdırmaq üçün tədbirlər görülür

Bakının Xətai rayonu sakinlərinin təbii qaza olan tələbatını yaxşılaşdırmaq üçün tədbirlər görülür
# 11 fevral 2010 15:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azəriqaz» İstehsalat Birliyi tərəfindən ölkənin bütün rayonlarında istehlakçıların təbii qaza olan tələbatının ödənilməsi, abonentlərin qaz təchizatının yaxşılaşdırılması, qaz itkisinin qarşısının alınması, təbii qazdan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması, eləcə də ödəniş səviyyəsinin artırılması istiqamətində davamlı tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, əhalinin təbii qazla fasiləsiz və etibarlı təmin olunması üçün Xətai rayon Qaz İstismar Sahəsi tərəfindən gündəlik 1 mln. kubmetr qaz nəql olunur. Rayon üzrə abonentlərin ümumi sayı 70 minə yaxındır. Onların 99,9%-i sayğaclaşdırılıb, yalnız 72 mənzildə yaşayış olmadığından bu mənzillərdə sayğac quraşdırılmayıb. Rayon ərazisində fərdi evlərdə yaşayan abonentlərin 80%-nin sayğacı həyətlərdə quraşdırılıb ki, bu da sayğaclara baxış keçirilməsinə mane olur. Odur ki, həyətlərdə quraşdırılmış sayğacların kənara çıxarılması, qaz xətlərinin yeniləşdirilməsi Xətai QİS-in əsas vəzifələrindəndir. Təəssüflə qeyd etmək lazımdır ki, ilin əvvəlindən rayonda keçirilmiş baxışlar nəticəsində 34 abonentin sayğaca müdaxilə faktları aşkar olunub, QİS-in əməkdaşları tərəfindən aktlaşdırılaraq müvafiq tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR