Bank Of Baku

Bakı Dərin Özüllər Zavodu 2009-cu ili yaxşı istehsalat göstəriciləri ilə başa vurub

Bakı Dərin Özüllər Zavodu 2009-cu ili yaxşı istehsalat göstəriciləri ilə başa vurub
# 11 fevral 2010 15:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu 2009-cu ili yaxşı istehsalat göstəriciləri ilə başa vurub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, yeniliklər sırasında ilk dəfə olaraq zavodda quraşdırılmış unikal texnoloji platformanın inşasını göstərmək mümkündür.

Platforma “Günəşli” yatağından neftin qazlift üsulu ilə çıxarılması üçün nəzərdə tutulub. Burada 8 kompressor aqreqatı quraşdırılacaq və onların vasitəsilə yüksək təzyiq altında sıxılan qaz neft quyularında laylara vurulacaq. Artıq platformanın bir bloku hazırdır. Hündürlüyü 101 metr, çəkisi 2400 ton olan blokun tikintisi əvvəldən axıra kimi Heydər Əliyev adına Dərin Özüllər Zavodunda həyata keçirilib. İnşaat işləri rekord müddətə - 11 ay ərzində tamamlanıb. Bundan başqa, «Neft Daşları» yatağında quraşdırılacaq 2585 N-li platformanın hər biri 45 metr hündürlüyündə 2 bloku da inşa olunaraq, zavodun sahil meydançasına gətirilib. Artıq rənglənmiş bloklar yaxın günlərdə dənizə yola salınacaq. Hazırda həmin platformanın üçüncü blokunun inşası ilə bağlı işlər davam etdirilir.

Bundan başqa, zavodda yüksək keyfiyyətli qaynaq elektrodlarının istehsalı bərpa edilib. Beş illik fasilədən sonra qaynaq elektrodlarının istehsalına başlayan Zavodun Qaynaq Çubuqları İstehsalı Sexində ilk dəfə olaraq diametri 2,5 mm olan, QE 51.01 markalı E 7018 tipli yüksək texnoloji qaynaq xüsusiyyətlərinə malik elektrodun istehsal texnologiyası mənimsənilib. Elektrokimyəvi məhsul olan həmin elektrodların istehsalında 17 komponentdən istifadə olunur və onlar öz keyfiyyətinə görə beynəlxalq standartlara tam cavab verir. Həmin elektrodlardan böyük diametrli boru kəmərlərinin qaynağında da istifadə olunur. Hazırda zavod özünün və ARDNŞ-ın digər müəssisələrinin qaynaq elektrodlarına olan tələbatını tam ödəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR