Bank Of Baku

Son 6 ildə Sumqayıtın iqtisadiyyatına yönəldilən kapital qoyuluşu 2 mlrd. dollara çatıb

Son 6 ildə Sumqayıtın iqtisadiyyatına yönəldilən kapital qoyuluşu 2 mlrd. dollara çatıb
# 12 fevral 2010 07:11 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycanın Sumqayıt şəhərində bütün sahələrdə çalışan işçilərin orta aylıq əmək haqqı 10% artaraq 260 manatdan çox olub. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər şöbəsindən verilən məlumata görə son 6 il ərzində bu göstərici şəhər üzrə 4 dəfə artıb.

Ötən il eyni zamanda şəhərdə investisiya fəallığı davam edib. Ayrı-ayrı sahələrin inkişafına 150 mln. manat dəyərində sərmayə cəlb edilib. Bununla da, son 6 ildə şəhər iqtisadiyyatına yönəldilmiş kapital qoyuluşunun həcmi 1,5 mlrd. manatdan çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR