Bank Of Baku

Dünyada neft istehlakı üzrə proqnoz artırılıb

Dünyada neft istehlakı üzrə proqnoz artırılıb
# 12 fevral 2010 08:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq Enerji Agentliyi (BEA) dünyada gündəlik neft istehlakı üzrə proqnozunu 170 min barel artırıb. «APA-Economics»in məlumatına görə, Agentlik 2010-cu ildə dünyada gündəlik neft istehlakının həcmini 86,5 mln. barel səviyyəsində proqnozlaşdırır ki, bu da 2009-cu ildəei faktiki göstəricidən 1,6 mln. barel və ya 1,8% çoxdur. Qeyd edək ki, 2009-cu ildə neft istehlakı 2008-ci ilin səviyyəsindən 1,3 mln. barel və ya 1,5% az olub.

BEA-nın məruzəsinə əsasən, dünyada neft istehlakının əsas mənbəyi inkişafda olan ölkələr olacaq. Həmçinin vurğulanır ki, neftin qiymətinin ötən ildəkindən daha yüksək olması və inkişaf etmiş ölkələrdə neftə olan tələbatın aşağı səviyyədə olması neft istehlakın artımının qarşısını alan amil rolu oynayacaq.

Agentliyin məlumatına görə, dünyada neft hasilatı yanvar ayında əvvəlki ayla müqayisədə günə 45 min barel azalaraq 85,8 mln. barel təşkil edib. Eyni zamanda, OPEC-ə daxil olan ölkələrdə neft hasilatı yanvarda dekabrla müqayisədə 105 min barel artaraq 29,1 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR