Bank Of Baku

MAQATE Azərbaycanda dozimetrik laboratoriya açacaq

MAQATE Azərbaycanda dozimetrik laboratoriya açacaq
# 12 fevral 2010 09:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) Azərbaycanda dozimetrik laboratoriya açacaq.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, uzunmüddətli danışıqların nəticəsi olaraq 2010-cu il ərzində MAQATE Azərbaycan dozimetrik laboratoriya açmaq qərarına gəlib: «Sözügedən laboratoriyada rentgen və şüalar müəyyən standartlar və normalara dair ölçüləcək».

Qeyd edək ki, hazırda layihənin həyata keçirilməsi üçün müvafiq işlər həyata keçirilir. Laboratoriya üçün yer ayrılıb və orada MAQATE-nin müvafiq avadanlıqları quraşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR