Bank Of Baku

Azərbaycanın daxili bazarından satışdan çıxarılan qeyri-standart qaz sobalarının sayı kəskin artıb

Azərbaycanın daxili bazarından satışdan çıxarılan qeyri-standart qaz sobalarının sayı kəskin artıb
# 12 fevral 2010 10:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin əvvəlindən Azərbaycan Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən ölkənin ticarət şəbəkəsindən qeyri-standart 538 qaz sobası satışdan çıxarılıb. «APA-Economics»in məlumatına görə, bunu SMPDK-nın sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, əgər ötən il ərzində satışdan çıxarılan sobaların sayı 100-dən bir qədər artıq idirsə, bu ilin əvvəlində istifadəyə yararsız və təhlükəli sobaların sayı 500-ü keçib: «Biz ilin əvvəlindən 100 müəssisədə keçirdiyimiz monitorinq zamanı 538 ədəd istifadəyə yararsız və uyğunluq sertifikatı olmayan sobaları satışdan çıxarmışıq. Monitorinqdən əlavə isə daha 156 qaz sobası ticarət şəbəkəsindən çıxarılıb və ölkəyə idxalı qadağan olunub, üç müəssisəyə isə uyğunluq sertifikatının verilməsi üçün Komitəyə təqdim olunan müraciətlərə rədd cavabı verilib».

R.Həsənov onu da bildirib ki, Azərbaycanda satışda olan sobaların əksəriyyəti İrandan idxal olunub: «Ölkədə satılan sobaların 20%-i istifadəyə yararsızdır».

Bundan başqa, R.Həsənov ölkədə təbii qazın keyfiyyətindən danışaraq qeyd edib ki, Azərbaycanda hasil olunan «mavi yanacağ»da heç bir problem müşahidə olunmayıb. Belə ki, Komitə tərəfindən keçirilən yoxlamalar zamanı ölkədəki qazın keyfiyyəti normal olduğu müəyyənləşib: «Azərbaycandakı qazın koloritliliyi, yəni keyfiyyəti Rusiya qazının koloritliliyindən 10-20% çoxdur».

Ölkədə istehsal olunan neft və neft məhsullarına gəldikdə isə, Komitə sədri bildirib ki, ötən il ərzində 45 yanacaqdoldurma stansiyasında və 2 neft bazasında yoxlama aparılıb. Nəticədə, 26 yanacaqdoldurma stansiyasında yanacağın standartlara cavab vermədiyi müəyyənləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR