Bank Of Baku

Azərbaycan İranla sərhədə kimi yeni qaz kəməri inşa edəcək

Azərbaycan İranla sərhədə kimi yeni qaz kəməri inşa edəcək
# 12 fevral 2010 11:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində «Azəriqaz» İstehsalat Birliyi Səngəçal-Azadkənd-Astara (İranla dövlət sərhədi) yeni qaz kəmərinin tikintisinə başlayacaq. «APA-Economics»in məlumatına görə, bunu İB-nin baş direktorunun birinci müavini Nazim Səmədzadə bildirib.

Onun sözlərinə görə, yeni qaz boru kəmərinin uzunluğu 200 km, gündəlik ötürücülük qabiliyyəti isə 18 mln. kubmetr təşkil edəcək: «Hazırda biz Astara-Qazıməmməd kəməri vasitəsilə Naxçıvan Muxtar Respublikası üçün İrana qaz ixrac edirik. Bu kəmər 1977-ci ildə istifadəyə verilib və bu kəmər uzun müddət istifadəsiz qaldığı üçün ətrafında tikililər inşa olunub. Məhz təhlükəsizliyi təmin etmək səbəbindən qazı 18 ATM-dən çox olan təzyiqlə nəql edə bilmirik. Buna görə, yeni qaz kəmərinin inşasına dair qərar qəbul olunub ki, bu kəmər vasitəsilə qazın nəqləetmə təzyiqi 55 ATM təşkil edəcək».

N.Səmədzadə onu da bildirib ki, yeni qaz kəmərinin inşasına artıq 2010-cu ildə başlanacaq, istifadəyə isə 2012-ci ildə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR