Bank Of Baku

Azərbaycan paytaxtında qaz sayğacları iki ilə smart-sayğaclarla əvəzlənəcək

Azərbaycan paytaxtında qaz sayğacları iki ilə smart-sayğaclarla əvəzlənəcək
# 12 fevral 2010 12:20 (UTC +04:00)
Bakı - APA-Economics. Hazırda Bakı şəhərində olan qaz sayğaclarının smart-sayğaclarla əvəzlənməsi üçün təxminən 260 mln. manat tələb olunur.

APA-Economics”in xəbərinə görə, bunu “Azəriqaz” İB-nin baş direktorunun birinci müavini Nazim Səmədzadə bildirib.

Onun sözlərinə görə, hazırda Bakıda qaz abonentlərinin sayı 580 minə yaxındır. Ümumilikdə Azərbaycanın qaz təsərrüfatının modernləşdirilməsi proqramı çərçivəsində dövlət hesabına həyata keçiriləcək qaz sayğaclarının əvəzlənməsi üçün artıq ilk partiya sifariş olunub.

N.Səmədzadə deyib ki, prosesə cari ilin martından başlaması nəzərdə tutulur. Əvəz edilmə prosesi 2-2,5 il ərzində başa çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR