Bank Of Baku

Qusarda 700-ə yaxın ev qazla təchiz olunub

Qusarda 700-ə yaxın ev qazla təchiz olunub
# 13 fevral 2010 07:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi «2009-2013-cü illər Azərbaycan Regionlarının Sosial-iqtisadi İnkişafı üzrə Dövlət Proqramı» çərçivəsində Qusar rayonunun qazlaşdırılması sahəsində bir sıra işlər aparıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ötən il ərzində Qusarın Əzizbəyov küçəsində yol-tikinti abadlaşma işləri ilə əlaqədar həmin küçədən keçən Qusar dairəvi qaz kəmərinin 2 min metr uzunluğundakı 219 mm-lik hissəsi təhlükəsiz yerə çıxarılıb, dayaqlar üzərinə qoyularaq korroziyaya qarşı boya ilə rənglənib. Rayonun Yuxarı Ləyən kəndində 200 metr uzunluğunda 57 mm-lik qaz kəməri çəkilib, 1 ədəd qaztənzimləyici şkaf quraşdırılıb, kəndə gedən qaz kəmərində yenidənqurma işləri aparılıb. Şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində 140 metr, N. Şərifov küçəsində 900 metr, eləcə də Bədirqala kəndində 700 metr uzunluğunda qaz kəmərləri təmir edilib. Bundan başqa, İmamqulukənd kəndində 2 ədəd, Bədişqala kəndində 1 ədəd, şəhərin M. Vəliyev və A. Xanmətov küçələrində 1 ədəd qaztənzimləyici şkaf quraşdırılıb. Heydər Əliyev prospektində 600 metr, İmamaqulukənd kəndində 420 metr, Bədişqala kəndində 180 metr uzunluğunda qaz xətləri çəkilib. Həmçinin, Qusar-Xudat yolu üzərindəki uzunluğu 1 100 metr olan 159 mm-lik qaz kəməri dayaqlar üzərinə qoyularaq korroziyaya qarşı rənglənib.

Eyni zamanda, ötən müddət ərzində Qusarda Nəsimi və A. Nüsrət küçələrində evlərin qazlaşdırılması və qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə 560 metr uzunluğunda qaz kəməri çəkilib və 1 ədəd qaztənzimləyici şkaf quraşdırılıb. Nəticədə ötən il Qusar rayonunda daha 666 mənzil təbii qazla təchiz edilib. Hazırda rayon üzrə abonentlərin ümumi sayı 9 672-yə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR