Bank Of Baku

Sumqayıtda elektrik enerjisinin istehlakı 20% artıb

Sumqayıtda elektrik enerjisinin istehlakı 20% artıb
# 15 fevral 2010 07:28 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın Sumqayıt şəhərində 2010-cu ilin yanvar ayında güzəştsiz əhali kateqoriyası üzrə elektrik enerjisinin istehlakı 20,9% artıb. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Belə ki, 2009-cu ilin dekabr ayında şəhərin güzəştsiz əhali qrupu tərəfindən 14 818,15 min kVt/saat həcmində elektrik enerjisi istifadə edildiyi halda, cari ilin yanvar ayında bu rəqəm 17 921,20 min kVt/saat olub.

Yanvar ayı ərzində şəhərin güzəştsiz əhali qrupu tərəfindən 1 075,27 min manat dəyərində elektrik enerjisi istifadə edilib. Bunun müqabilində əhali tərəfindən 1 005,16 min manat dəyərində ödəniş olub ki, bu da 93,48% təşkil edib.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 78 640 nəfər abonent var. Şəhər üzrə ümumilikdə 75 071 ədəd elektrik sayğacı quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR