Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Günəşli» yatağında daha bir quyunu əsaslı təmirdən sonra istismara verib

Azərbaycan Dövlət Neft Şirkəti «Günəşli» yatağında daha bir quyunu əsaslı təmirdən sonra istismara verib
# 16 fevral 2010 07:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Günəşli» yatağındakı 19-cu platformadan 407№-li quyunu əsaslı təmirdən sonra istismara daxil edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Təmir işləri «28 May» NQÇİ-nin quyuların əsaslı və yeraltı təmiri sexi tərəfindən həyata keçirilib. Quyu Fasilə Lay Dəstəsindən 2949-2915 metr intervaldan sutkada təxminən 140 ton neft və 22,5 min kubmetr qaz hasilatı ilə işləyir.

ARDNŞ-dan bildirilib ki, 2003-cü ildə qazmadan istismara daxil edilmiş 407№-li quyu fontan üsulu ilə işləyir və indiyədək bu quyudan 410 min ton neft və 84,5 mln. kubmetr qaz hasil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR