Bank Of Baku

Mingəçevirdə abunəçilərin qaz sayğacları ilə təchizatı aktivləşdirilib

Mingəçevirdə abunəçilərin qaz sayğacları ilə təchizatı aktivləşdirilib
# 16 fevral 2010 07:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi (İB) Mingəçevir şəhərində qaz alan 21 468 abonentin 21 244-nü sayğaclaşdırıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Sayğacların quraşdırılması yeni tikilən evlərdə də aparılır. Belə ki, Fərruxov küçəsində və Günəşli yaşayış massivindəki yeni tikilmiş evlərin sayğaclaşdırılması üçün daha 2 277 qaz sayğacı bu günlərdə Mingəçevir Qaz İstismar Sahəsinə göndərilib. Qaz təchizatının yaxşılaşdırması məqsədilə şəhərin Günəşli yaşayış massivində 2 min fərdi evin qazlaşdırılması üçün ehtiyac duyulan 7 300 metr uzunluğunda daşıyıcı qaz kəmərinin əsas hissəsinin çəkilməsi başa çatdırılıb. Bundan əlavə, həmin yaşayış massivinin 28 küçəsində yeni qaz xətləri çəkilir.

ARDNŞ-dan bildirilib ki, cari ildə Mingəçevir şəhərinin fasiləsiz və təhlükəsiz qazla təmin olunması istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Şəhərin «AzQRES» qəsəbəsinin Natəvan küçəsində 217 fərdi evə yeni qaz xəttinin çəkilməsi, buradakı Naxçıvan küçəsinin 2 və 4-cü döngələrində 36 fərdi evin qazlaşdırılması, A.Məmmədov küçəsində tikilmiş 66 fərdi evdə abonentlərin sayğaclaşdırılması planlaşdırılır.

Qeyd edək ki, 2009-cu ildə Mingəçevir şəhərinə 4 mln. kubmetrdən artıq təbii qaz verilib. İstehlakçılara satılan təbii qazın dəyəri isə 85,1% ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR