Bank Of Baku

«Azəriqaz» fiziki şəxs olan istehlakçıları pulsuz sayğaclaşdırır

«Azəriqaz» fiziki şəxs olan istehlakçıları pulsuz sayğaclaşdırır
# 16 fevral 2010 08:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi əhali qrupu üzrə fiziki şəxs olan istehlakçıları birliyin öz vəsaiti hesabına sayğaclaşdırır. Bu barədə «APA-Economics»ə «Azəriqaz» İB-dən məlumat verilib.

«Azəriqaz» İB-nin yaydığı məlumatda bildirilir ki, «Qaz təchizatı haqqında» qanuna 2009-cu ilin sentyabr ayında edilmiş əlavə və dəyişikliklərə əsasən, 1 yanvar 2010-cu il tarixindən etibarən əhali abonent qrupu üzrə fiziki şəxs olan abonentlərin qaz sayğacları ilə təchiz edilməsi, dövlət yoxlamasından keçirilməsi, quraşdırılması və dəyişdirilməsi «Azəriqaz»ın vəsaiti hesabına həyata keçirilir.

Yeni qazlaşdırılan əhali qrupu üzrə istehlakçıların mənzillərinin layihə-smeta sənədlərinin hazırlanması, qazlaşdırılması və qaz sayğaclarının quraşdırılması ilə bağlı xərclər mənzil sahiblərinin, qaz sayğacları ilə təchiz edilməsi isə «Azəriqaz» İB-nin vəsaiti hesabına yerinə yetirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR